İsrail: HƏMAS-ın snayper qrupunun komandiri öldürülüb
İsrail Müdafiə Ordusu (ÇAXAL) HƏMAS-ın snayper bölməsinin rəhbəri Əhməd Hişam Mahmud Luhun məhv edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi açıqlamasında məlumat verilib.
Məlumata görə, Luh HƏMAS-ın "Nuseyrat" batalyonunun tərkibində fəaliyyət göstərən snayper bölməsinə rəhbərlik edib.
ÇAXAL bildirib ki, məhv edilən şəxs 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə həyata keçirilən genişmiqyaslı hücumda da birbaşa iştirak edib.
Qeyd olunub ki, əməliyyat HƏMAS-ın komandanlıq heyətinə və hücumlarda iştirak edən şəxslərə qarşı davam edən hədəfli zərbələr çərçivəsində həyata keçirilib.
17:19 30.07.2026
Oxunuş sayı: 33