Paşinyan Lukaşenkonun Ermənistanla bağlı sözlərinə cavab verib
Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki il əvvəl səsləndirdiyi “Ermənistan kimə lazımdır?” fikrinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Paşinyan bildirib ki, Ermənistan Çin, ABŞ, Avropa İttifaqı və İran üçün vacibdir.
Qeyd edək ki, 2024-cü ildə Lukaşenko Ermənistanın siyasətini şərh edərkən “Ermənistan kimə lazımdır? Bizdən başqa heç kimə lazım deyil. Qoy iqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına yönəlsinlər” fikirlərini səsləndirmişdi.
17:06 30.07.2026
Oxunuş sayı: 36