Gözlənilməz hadisə: Nazir sazişi imzalamaq istəmədi və...
İranmeyilli olduğu bildirilən İraqın nəqliyyat naziri Vəhb əl-Həsəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə mühüm memorandumlardan birini imzalamaqdan imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əz-Zeydinin iştirakı ilə Ankaradakı Beştəpə Prezident Kompleksində keçirilən rəsmi mərasim zamanı baş verib.
Sənədlərin imzalanması zamanı Ərdoğan mühüm sazişlərdən birinin imzasız qaldığını görərək Türkiyənin xarici işlər naziri Hakan Fidana müraciət edib: “Səhv olmadığından əmin olun. Beş. Hakan, beş saziş”.
İraqın Baş naziri Əli əz-Zeydi isə kameralar qarşısında nazir Vəhb əl-Həsənidən bunun səbəbini soruşub: “Niyə saziş imzalanmayıb? Problem nədir?”
Nazir rəsmi izahat vermək əvəzinə baş nazirə “WhatsApp-da yazacağam” cavabını verib.
Əz-Zeydi bu cavabı qəbul etməyib, məmuru ictimai şəkildə tənqid edib və sənədi dərhal imzalamağı tələb edib. Daha sonra tərcüməçi vasitəsilə Ərdoğana “Ona imza atması barədə göstəriş verdiyimi deyin” mesajını çatdırıb.
Nəticədə İraq naziri sazişi imzalayıb.
16:58 30.07.2026
Oxunuş sayı: 37