Netanyahu: İran həmişə yalan danışır, aldadır və vaxt uzadır
İsrailin Baş naziri Binyamin Netanyahu İranın diplomatik danışıqlardakı yanaşmasına şübhə ilə yanaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Jurnalistin diplomatik həll imkanlarının niyə az qiymətləndirilməsi ilə bağlı sualına cavab verən Netanyahu deyib ki, İranın fəaliyyət metodlarına skeptik yanaşır.
“İranın fəaliyyət üsullarını nəzərdə tuturam. Onlar həmişə yalan danışırlar, həmişə aldadırlar və həmişə vaxt uzadırlar. Kifayət qədər diplomatik və iqtisadi təzyiqin təsiri altında bu dəyişə bilərdimi? Dəyişə bilərdimi?” – deyə Netanyahu bildirib.
16:57 30.07.2026
Oxunuş sayı: 36