Polşada ukraynalı cütlüyə hücum edən şəxslərdən biri həbs edilib
Polşanın Vrotslav şəhərində ukraynalı cütlüyə hücum etməkdə şübhəli bilinən şəxslərdən biri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, 45 yaşlı Adam Ç. iki Ukrayna vətəndaşını milli nifrət zəminində ağır döyməkdə şübhəli bilinir. O, 7,5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
İkinci saxlanılan şəxsə də ittiham irəli sürülüb, onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmə baxır. Hər iki şübhəli təqsirini etiraf etməyib.
Polis üçüncü hücum iştirakçısının axtarışlarını davam etdirir.
16:55 30.07.2026
Oxunuş sayı: 35