ABŞ–İran qarşıdurması ABŞ-yə 1500-dən çox "Patriot" raketinə başa gəlib
ABŞ-nin İranla qarşıdurması zamanı 1500-dən çox "Patriot" hava hücumundan müdafiə raketindən istifadə edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ-nin hava hücumundan müdafiə sistemləri İranın raket hücumlarının qarşısının alınması üçün geniş şəkildə tətbiq olunub.
Qeyd edək ki, CSIS (Center for Strategic and International Studies – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) ABŞ-də yerləşən, beynəlxalq təhlükəsizlik, müdafiə və geosiyasi məsələlər üzrə araşdırmalar aparan analitik mərkəzdir. Hesabatda belə böyük həcmdə raket sərfiyyatının ABŞ-nin hava hücumundan müdafiə ehtiyatları üçün ciddi çağırış yarada biləcəyi qeyd olunur.
16:52 30.07.2026
Oxunuş sayı: 33