İspaniyada meşə yanğınları: Min nəfər təxliyə edilib
İspaniyanın qərbində yerləşən Samora əyalətində baş verən meşə yanğınları səbəbindən təxminən min nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, "Cadena SER" bu barədə məlumat yayıb.
Məlumata görə, yanğın ötən gün başlayıb və hələ də nəzarət altına alınmayıb.
Hazırda ölkənin müxtəlif bölgələrində bir neçə iri meşə yanğını davam edir. Ən genişmiqyaslı yanğınlar Madrid muxtar icması və Avila əyalətində qeydə alınıb.
16:29 30.07.2026
Oxunuş sayı: 31