Pakistan ABŞ–İran danışıqlarının davam etdiyini açıqlayıb
Pakistan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında gərginliyin azaldılması istiqamətində danışıqların davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan XİN-in rəsmi nümayəndəsi Tahir Andrabi açıqlama verib.
Onun sözlərinə görə, tərəflər arasında xüsusilə Hörmüz boğazında vəziyyətin normallaşdırılması və ümumi deeskalasiyaya nail olunması məqsədilə danışıqlar aparılır.
Diplomat vurğulayıb ki, Pakistan İslamabadda imzalanmış qarşılıqlı anlaşma memorandumu və 22 iyun tarixli Pakistan–Qətər birgə bəyanatı ruhunda bütün fikir ayrılıqlarının aradan qaldırılması üçün maksimum səy göstərir.
16:44 30.07.2026
Oxunuş sayı: 33