Mirziyoyev və Japarov müttəfiqlik sazişi imzalayıblar
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Prezidentlərin iştirakı ilə iki ölkənin nümayəndə heyətləri bir sıra ikitərəfli sənədlərlə də mübadilə aparıblar.
Sənədlər arasında Özbəkistan–Qırğızıstan dövlət sərhədinin bir hissəsi ilə bağlı müqavilə, Çeşmə (Çaşma) bulağından birgə istifadə haqqında saziş, həmçinin Özbəkistan və Qırğızıstan müdafiə nazirlikləri arasında əməkdaşlığa dair razılaşma yer alıb.
16:18 30.07.2026
Oxunuş sayı: 49