Penzada logistika mərkəzinə 15 PUA hücum edib
Penza vilayətində logistika mərkəzinə hücum zamanı 15 pilotsuz uçuş aparatının obyektə çatdığı bildirilib.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə vilayətin qubernatoru Oleq Melnıçenkoya istinadən məlumat yayıb.
Qubernatorun sözlərinə görə, hücum zamanı PUA-ların bir neçəsi məhv edilib. Hadisədən sonra logistika mərkəzində yanğın baş verib.
Daha əvvəl bildirilib ki, obyektdə baş verən yanğının sahəsi 62 min kvadratmetrə çatıb.
14:07 30.07.2026
Oxunuş sayı: 39