Paşinyan Türkiyə ilə münasibətlər üzrə xüsusi nümayəndənin dəyişdiriləcəyini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanın yerinə kimin təyin olunacağının hələ məlum olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, İrəvan Ankara ilə danışıqların hansı məntiqlə və hansı formatda davam etdiriləcəyini müəyyənləşdirməlidir.
“Biz Türkiyə ilə işi necə davam etdirəcəyimizi, hansı məntiqlə və hansı formatda hərəkət edəcəyimizi qərarlaşdırmalıyıq”, – deyə baş nazir qeyd edib.
Qeyd edək ki, Ruben Rubinyan hazırda parlament spikeri postuna namizəd kimi irəli sürülüb. O, hazırkı spiker Alen Simonyanın yerinə namizəd göstərilib.
13:57 30.07.2026
Oxunuş sayı: 43