Hizbullah: ABŞ heç bir razılaşmaya sadiq deyil
Livan parlamentinin üzvü ABŞ-ın heç bir razılaşmaya əməl etmədiyini iddia edib və müqavimətin davam edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının üzvü Həsən İzzəddin bildirib ki, müqavimət güclü şəkildə qalacaq və onun silahları da saxlanılacaq.
Onun sözlərinə görə, müqavimət ölkənin azad edilməsinə, Livanın təhlükəsizliyinin təmin olunmasına və dövlətin mövcudluğunun qorunmasına nail olana qədər davam edəcək.
İzzəddin ABŞ-ın heç bir öhdəlik və razılaşmaya sadiq qalmadığını iddia edərək, buna nümunə kimi İran və ABŞ arasında İslamabadda imzalandığını söylədiyi razılaşmadan Vaşinqtonun geri çəkilməsini göstərib.
13:31 30.07.2026
Oxunuş sayı: 41