İsrail PUA-ları Qəzzanın mərkəzinə zərbə endirib
İsrail ordusunun pilotsuz uçuş aparatları ilə Qəzza şəhərinin mərkəzi hissəsinə hücum etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Məlumata görə, PUA hücumları nəticəsində Qəzza şəhərinin mərkəzində yerləşən Əl-Yərmuk ərazisi hədəfə alınıb.
Hadisənin nəticələri və xəsarət alanlar barədə əlavə məlumat verilməyib.
12:55 30.07.2026
Oxunuş sayı: 35