Türkiyədə 9 bölgədə meşə yanğınları başlayıb
Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, yanğınlar Antalya, Aydın, Balıkəsir, Çanaqqala, Muğla və Yalova vilayətlərində başlayıb.
Məlumata görə, Antalyanın Kaş və Kumluca, Aydın vilayətinin Nazilli, Balıkəsirin Ədremit, Altınoluk və Göməç, Çanaqqalanın Ayvacık, Muğlanın Seydikəmər, Yalovanın isə Armudlu rayonlarında meşə ərazilərində alovlanma baş verib.
Yanğınların söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri və texnika cəlb olunub. Hadisələrin səbəbi və yanğınların miqyası ilə bağlı araşdırmalar davam edir.
11:43 30.07.2026
Oxunuş sayı: 37