Qara dənizdə iki tanker PUA hücumuna məruz qalıb
Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yaxınlığında daha iki tanker pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsium məlumat yayıb.
Şirkətin açıqlamasına görə, insident nəticəsində təşkilatların əməkdaşları arasında xəsarət alan və ya həlak olan olmayıb. Neft sızması qeydə alınmayıb.
Bildirilib ki, terminalda neftin yüklənməsi müvəqqəti dayandırılıb. Bununla yanaşı, neft kəmərinin digər obyektləri normal rejimdə fəaliyyətini davam etdirir.
10:24 30.07.2026
Oxunuş sayı: 49