ABŞ-nin Keşm adasına zərbəsi nəticəsində üç nəfər ölüb
ABŞ-nin İranın Keşm adasına endirdiyi hava zərbələri nəticəsində üç nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub.
Crossmedia.az xəbər verir ki, “France 24” “Fars” agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Keşm adasına endirdiyi zərbələr yaşayış məntəqələrinə də təsir edib. Həlak olanlar arasında iki yaşlı uşağın da olduğu bildirilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə əməliyyatın İranın İordaniyada yerləşən ABŞ hərbi bazalarına hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb. Qurumun məlumatına görə, zərbələrdən ibarət əməliyyat artıq başa çatıb.
09:56 30.07.2026
Oxunuş sayı: 60