Rusiya 258 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Ötən gecə Ukraynaya məxsus 258 pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, PUA-lar Belqorod, Bryansk, Voronej, Volqoqrad, Penza, Rostov və Tambov vilayətləri, həmçinin Krasnodar diyarı, Krım, Adıgey Respublikası və Azov ilə Qara dəniz akvatoriyaları üzərində vurulub.
Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.
09:38 30.07.2026
Oxunuş sayı: 71