Ərdoğan: İsrail regionumuzu qeyri-sabitliyə sürükləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı İsrailin regionda qeyri-sabitliyə səbəb olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İsrailin işğalı, qanunsuz yaşayış məntəqələri, Qərb sahilində və Qəzzada həyata keçirdiyi qorxutma siyasəti regionumuzdakı problemlərin əsas mənbəyidir. Bütün region bu təcavüzün bədəlini ödəyir”, – Ərdoğan deyib.
23:36 29.07.2026
Oxunuş sayı: 40