Ermənistanda toy mərasimində 20-dən çox insan zəhərlənib
Ermənistanın Lori vilayətinin Çoçkan icmasında yerləşən Lori Peak restoranında toy mərasimi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ermənistanın Qida Təhlükəsizliyi üzrə Təftiş Orqanının məlumatına görə, hadisə iyulun 26-da baş verib. Mərasimdən bir neçə saat sonra 21 nəfər Noyemberyan və Alaverdi şəhərlərindəki tibb mərkəzlərinə yerləşdirilib.
Yoxlama zamanı restoranda sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulduğu müəyyən edilib.
22:36 29.07.2026
Oxunuş sayı: 40