Tramp: Baydenin prezidentliyi dövründə COVID-19-dan daha çox insan ölüb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Co Baydenin administrasiyası dövründə COVID-19 səbəbilə onun ilk prezidentlik müddətindən daha çox insan həyatını itirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp, həmçinin ABŞ-nin keçmiş baş infeksionisti Entoni Fauçi ilə maskalardan istifadə, karantin məhdudiyyətləri və koronavirusun mənşəyi də daxil olmaqla bir sıra məsələlərdə dəfələrlə fikir ayrılığı yaşadığını deyib.
“Əvvəldən virusun Uhandakı laboratoriyadan gəldiyini deyirdim. Fauçi qəti şəkildə razılaşmırdı və daim Çini müdafiə etməyə çalışırdı”, – Tramp bildirib.
Onun sözlərinə görə, zaman keçdikcə Fauçinin tövsiyələrinə daha az etibar edib və infeksionistin ölkə üzrə ümumi lokdaun tətbiq etməsinə imkan verməyərək qərarları ştat qubernatorlarına həvalə edib.
Tramp əlavə edib ki, daha sonra Baydeni Fauçiyə etibar etməməsi barədə xəbərdar edib. Lakin onun sözlərinə görə, Bayden infeksionistə böyük dağıdıcı səlahiyyət verib.
21:16 29.07.2026
Oxunuş sayı: 35