KİV: Zelenski Tramp üçün xahiş edən deyil, tərəfdaşdır
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasındakı münasibətlər sərt strateji tərəfdaşlıq formatına keçib.
Crossmedia.az xəbər verir ki, “BILD”in məlumatına görə, Zelenski artıq xahiş edən tərəf kimi deyil, tərəfdaş kimi çıxış edir.
Qapalı görüşlərdə əsas müzakirə mövzuları Rusiya ilə İran arasındakı əlaqələrə dair kəşfiyyat məlumatlarının ABŞ-yə ötürülməsi, “Patriot” sistemlərinin birgə istehsalı perspektivləri və Kiyevin ABŞ-yə “şər qüvvələr oxu”na qarşı mübarizədə effektiv alətə çevrilməsi təklifi olub.
19:24 29.07.2026
Oxunuş sayı: 45