Rusiyanın regiondakı silah bazarına zərbə: Özbəkistan Çinə üz tutur
Özbəkistan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Çindən 24 ədəd J-10CE qırıcı təyyarəsinin alınmasına hazırlıq görülür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mümkün müqavilənin imzalanması Daşkəndin Rusiya istehsalı aviasiya texnikasından asılılığını əhəmiyyətli dərəcədə azaltmasına imkan verə bilər.
Analitiklərin fikrincə, bu razılaşma Çinin hərbi-sənaye sektorunun Mərkəzi Asiyadakı mövqelərini gücləndirəcək və Rusiyanın regionun silah bazarındakı ənənəvi təsirini zəiflədə bilər.
Bununla yanaşı, Özbəkistanın çoxvektorlu xarici siyasət prinsiplərinə sadiq qalaraq müdafiə sahəsində Moskva ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğu bildirilir.
19:16 29.07.2026
Oxunuş sayı: 39