Tacikistanda saqqal və hicabla bağlı qalmaqal: Rəsmi açıqlama yayılıb
Tacikistanın Dini İşlər, Adət-ənənələrin, Bayram və Mərasimlərin Tənzimlənməsi Komitəsi ölkədə saqqal və hicab taxılmasına tam qadağa qoyulması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumun yaydığı açıqlamada bildirilib ki, KİV və sosial şəbəkələrdə yayılan bu iddialar həqiqəti əks etdirmir.
Komitə vətəndaşları etibarsız informasiya mənbələrinə inanmamağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.
19:08 29.07.2026
Oxunuş sayı: 39