Türkiyə İraqla Kərkük neft layihəsində şərik olub
Türkiyənin dövlət neft şirkəti TPAO İraqda fəaliyyət göstərən BP Energy Company of Kirkuk Limited (BP ECKL) şirkətinin 15 faizlik səhmlərini rəsmi olaraq əldə edib.
Crossmedia.az bu barədə xarici mediya istinadən xəbər verir.
Bu satınalma ilə TPAO Britaniyanın BP korporasiyasının İraqın şimalında yerləşən nəhəng Kərkük yatağının modernləşdirilməsi, kəşfiyyatı və neft hasilatı üzrə genişmiqyaslı layihəsinə rəsmi tərəfdaş olub.
Məlumata görə, səhmlərin alınması İraqın Baş nazirinin bu gün Ankaraya səfəri ilə birbaşa əlaqəlidir.
Türkiyə bununla strateji Kərkük–Ceyhan neft kəmərinin sabit şəkildə yüklənməsini təmin etməyə və regionun əsas enerji habı kimi mövqeyini gücləndirməyə çalışır.
18:48 29.07.2026
Oxunuş sayı: 46