292 milyon dollar və 75 əmlak: Ermənistanda oliqarxların sərvətlərinə göz dikilib
Ermənistan Baş Prokurorluğu keçmiş yüksək vəzifəli şəxslər, oliqarxlar və onların ailələrinə məxsus böyük həcmdə daşınmaz əmlak, biznes və maliyyə vəsaitlərinin müsadirəsi ilə bağlı məhkəməyə iddialar təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyri-qanuni mənşəli əmlakın müsadirəsi üzrə idarə Korrupsiyaya Qarşı Məhkəməyə Robert Koçaryan, Qagik Çarukyan və Qagik Xaçatryanın aktivləri ilə bağlı tələblər göndərib.
İdarə Robert Koçaryan və onun qohumlarından 22 daşınmaz əmlak obyekti, 3 milyon dollardan çox dəyərində qiymətli kağızlar, 1,4 milyon dollar məbləğində bank depozitləri və təxminən 53,3 milyon dollar nağd vəsaitin müsadirəsini tələb edir.
Qagik Çarukyanla bağlı isə dövlət 75 daşınmaz əmlak obyektinin, o cümlədən İrəvanda yerləşən 52 mənzilin, 42 avtomobilin, 38 iri şirkətdəki payların və 292 milyon dollar vəsaitin müsadirəsini istəyir.
Baş Prokurorluğun diqqətində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri Qagik Xaçatryan və onun ailəsinin də elit daşınmaz əmlakları, lüks avtomobilləri və gizli maliyyə aktivləri var.
18:40 29.07.2026
Oxunuş sayı: 40