Zelenski Trampdan təcili 300 ˝Patriot˝ raketi tələb edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampdan qışın əvvəlində ölkəyə hava hücumundan müdafiə sistemləri üçün 300 ədəd ˝Patriot˝ raketi verilməsini istəyib.
Crossmedia.az xəbər verir ki, Zelenski “Axios”a müsahibəsində Trampa təcili qış paketi çərçivəsində 300 ədəd ələkeçirmə raketinin ayrılması ilə bağlı müraciət etdiyini bildirib.
O xəbərdarlıq edib ki, bu raketlər təmin edilməsə, Rusiyanın kritik infrastruktura genişmiqyaslı zərbələri şaxtalı havalarda milyonlarla ukraynalının istiliksiz qalmasına səbəb ola bilər.
Ukrayna lideri həmçinin Trampın Kiyevə ˝Patriot˝ raketlərinin ölkə daxilində istehsalı üçün lisenziyaların verilməsi ideyasını dəstəklədiyini qeyd edib. Lakin Zelenskinin sözlərinə görə, raketlərin istehsalına başlanması 1 ildən 5 ilədək vaxt apara bilər. Bu səbəbdən hazır ˝Patriot˝ raketlərinə Ukraynanın indidən ehtiyacı var.
18:08 29.07.2026
Oxunuş sayı: 43