Medvedev: Rusiyanı yalnız müharibədə qələbə xilas edə bilər
Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ölkənin gələcəyi Rusiya-Ukrayna müharibəsində qələbədən asılıdır.
Crossmedia.az xəbər verir ki, Medvedev bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın əleyhdarları daim ölkədə vəziyyəti sabitsizləşdirməyə çalışıblar və Qərb Ukraynadan Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Medvedev iddia edib ki, Rusiyaya qarşı təxminən 30 min sanksiya tətbiq olunub və ölkəyə müxtəlif istiqamətlərdən təzyiq göstərilir.
O bildirib ki, Qərb Rusiyanı öz iradəsinə tabe etdirməyə çalışsa da, buna nail ola bilməyib.
17:33 29.07.2026
Oxunuş sayı: 41