Ermənistanda müxalifət təmsilçisi saxlanılıb
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması işi üzrə müxalif ictimai-siyasi xadim Ara Naxşkaryanı saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Ara Naxşkaryan bu gün səhər saatlarında Gümrüdə yerləşən evindən komitə əməkdaşları tərəfindən aparılıb.
Bildirilir ki, Ara Naxşkaryan Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” Partiyasının üzvüdür. O, parlament seçkilərində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun namizədi olub.
Faktla bağlı araşdırma davam etdirilir.
16:56 29.07.2026
Oxunuş sayı: 40