Zelenski Fransaya yanğınlarla mübarizə üçün yardım təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın cənub-qərbində davam edən irimiqyaslı meşə yanğınlarının söndürülməsi üçün Ukraynanın mütəxəssislər göndərməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə öz açıqlamasında məlumat verib.
Zelenskinin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynanın yanğınların söndürülməsinə dəstək verməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Ukrayna genişmiqyaslı müharibənin əvvəlindən ölkəsinə dəstək göstərən Fransaya kömək etməyi öz borcu hesab edir.
Məlumata görə, Fransanın cənub-qərbində bir neçə gündür davam edən meşə yanğınları son onilliklərin ən iri yanğınları hesab olunur. Alov on minlərlə hektar meşəni məhv edib, yüz minlərlə insanın təxliyəsinə səbəb olub.
Yanğınların raket mühərrikləri, raket komponentləri və "Rafale" qırıcı təyyarələri istehsal edən müəssisələrin yerləşdiyi ərazilərə qədər yaxınlaşdığı bildirilir.
16:19 29.07.2026
Oxunuş sayı: 43