Özbəkistan Çindən 24 ədəd “J-10CE” qırıcısı alıb
Özbəkistan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Çinin istehsalı olan 24 ədəd “J-10CE” çoxməqsədli qırıcısını satın alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Defence Security Asia” məlumat yayıb.
Məlumata görə, müqavilə tam icra olunacağı təqdirdə Çinin Mərkəzi Asiyada hərbi-sənaye təsiri daha da güclənəcək və Rusiyanın regiona döyüş aviasiyası tədarükündə uzun illər davam edən üstün mövqeyi zəifləyəcək.
Bununla yanaşı, nəşr qeyd edir ki, Daşkənd təhlükəsizlik sahəsində Moskva ilə əməkdaşlığı davam etdirir və çoxvektorlu xarici siyasət kursunu qoruyub saxlayır.
15:56 29.07.2026
Oxunuş sayı: 40