Rusiya-Finlandiya elektrik xətti 2022-ci ildən məhdud rejimdə işləyir
Rusiya ilə Finlandiya arasındakı elektrik ötürmə xəttinin bir hissəsi 2022-ci ildən məhdud rejimdə istismar olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “TAŞS”a “Rosseti” qrupu məlumat verib.
Şirkətin açıqlamasına görə, həmin xətt üzrə hazırda enerji mübadiləsi və texnoloji məlumatların ötürülməsi həyata keçirilmir.
Bildirilib ki, Finlandiyanın enerji şirkəti “Fingrid” Rusiya operatorlarına məlumat verib ki, 2027-ci ildən optik lifli rabitə xətlərinin asıldığı elektrik ötürücü xətt dayaqlarına xidmət göstərməyi dayandıracaq.
Qeyd edək ki, Rusiya ilə Finlandiya arasında enerji sahəsində əlaqələr son illərdə məhdudlaşdırılıb.
13:56 29.07.2026
Oxunuş sayı: 40