Rusiya: Ukraynanın iki gəmisini vurmuşuq
Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus ən azı iki gəminin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, Qara dənizdə hərbi yük daşıyan bir gəmi və Nikolayev limanında daha bir gəmi hədəfə alınıb.
Rusiya tərəfi bildirib ki, bu tip gəmilər hərbi yüklərin daşınmasında istifadə olunur və Ukrayna Silahlı Qüvvələrinin maraqlarına xidmət edir.
Ukrayna tərəfi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
13:43 29.07.2026
Oxunuş sayı: 41