Ukrayna PUA-ları Rusiyanın böyük neft emalı zavoduna zərbə endirib
Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın ən iri neft emalı zavodlarından biri olan “LUKOYL-Permnefteorgsintez” müəssisəsinə hücum etdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, hücumu Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi olaraq təsdiqləyib.
Məlumata görə, Permdə yerləşən neft emalı zavodu Ukrayna sərhədindən 1500 kilometrdən çox məsafədə yerləşir.
Hücumun nəticələri və zavodun fəaliyyətinə təsiri ilə bağlı əlavə məlumat verilməyib.
13:38 29.07.2026
Oxunuş sayı: 39