Rusiyadakı hücumlardan sonra Qazaxıstanda anbar axtarır
Rusiyanın logistika mərkəzlərinə Ukrayna PUA-ları ilə edilən hücumlardan sonra “Wildberries” şirkəti Qazaxıstanda anbar sahələri axtarmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Məlumata görə, şirkət imkanlarının bir hissəsini təhlükəsiz əraziyə köçürmək məqsədilə 100 min kvadratmetrədək sahəsi olan anbarları nəzərdən keçirir.
Lakin Qazaxıstanda belə böyük həcmdə boş anbar tapmaq çətin hesab olunur. Bildirilir ki, mövcud anbar sahələri ölkənin müxtəlif şəhərləri arasında bölünüb.
12:56 29.07.2026
Oxunuş sayı: 54