Türkiyə Kərkükdəki neft layihəsinə qoşuldu
Türkiyənin dövlət neft şirkəti TPAO İraqın Kərkük bölgəsində həyata keçirilən neft hasilatı layihəsində pay əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) Kərkük neft yataqlarının işlənməsində iştirak edən “BP Energy Company of Kirkuk Limited” şirkətinin 15 faiz payını satın alıb.
Bu razılaşmadan sonra TPAO layihədə Böyük Britaniyanın BP və ABŞ-nin ConocoPhillips şirkətləri ilə birlikdə konsorsiumun üzvü olacaq.
12:35 29.07.2026
Oxunuş sayı: 44