Zelenski: Putin müharibəni dayandırmaq istəmir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Kiyev hər gün müharibənin dayandırılmasının tərəfdarı olduğunu bəyan edir.
“Biz bu müharibəni dayandırmaq istəyirik. Prezident Tramp bunu istəyir, avropalılar bunu istəyir. Putin isə istəmir”, – deyə Ukrayna Prezidenti bildirib.
12:20 29.07.2026
Oxunuş sayı: 46