Böyük Britaniya və Fransa Hörmüz boğazında hərbi missiyaya qoşulmaq istəmir
Böyük Britaniya və Fransa Hörmüz boğazının mühafizəsi üçün nəzərdə tutulan hərbi-dəniz missiyasında iştirakdan imtina edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa ölkələri Vaşinqtonun fevral ayında ABŞ və İsrailin İrana qarşı başladığı zərbələr barədə onları əvvəlcədən məlumatlandırmamasından narazıdır.
Nəşr yazır ki, London və Paris döyüş əməliyyatlarının dayandırılacağına dair təminat almadan riskli hərbi əməliyyata qoşulmaq niyyətində deyil. Buna görə də hər iki ölkə Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məqsədilə yaradılması planlaşdırılan missiyada iştirak etməkdən yayınır.
12:08 29.07.2026
Oxunuş sayı: 58