İran Çindən yüzlərlə daşınan HHM sistemi alacaq
İranın Çindən 300–400 ədəd daşınan zenit-raket kompleksi (PZRK) alacağı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət QW-12 və FN-16 modellərindən gedir. Təxminən 60–70 milyon dollar dəyərində qiymətləndirilən müqavilə çərçivəsində ilk tədarüklərin yaxın həftələrdə həyata keçirilməsi gözlənilir.
Agentliyin yazdığına görə, yük marşrutu Çinin Urumçi şəhərindən başlayaraq Pakistan üzərindən İrana çatdırılacaq.
Bildirilib ki, müqavilə Honq-Konqda fəaliyyət göstərən “Zhongqing Baoshang” şirkəti vasitəsilə rəsmiləşdirilib
11:46 29.07.2026
Oxunuş sayı: 50