İordaniya HHM-i İranın 5 ballistik raketini məhv edib
İordaniyanın hava hücumundan müdafiə qüvvələri sübh saatlarında İran tərəfindən buraxılan beş ballistik raketi vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, bütün raketlər havada məhv edilib. Ordu bəyan edib ki, hava hücumundan müdafiə sistemləri İran ərazisindən buraxılan və krallığı hədəf alan beş raketi uğurla zərərsizləşdirib.
Hadisə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İordaniyadakı aviabazasına və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komanda məntəqəsinə bir neçə ballistik raketlə zərbə endirdiyini açıqlamasından sonra baş verib.
10:09 29.07.2026
Oxunuş sayı: 58