KİV: İran Ukrayna limanına raket zərbəsini nəzərdən keçirib
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumdan sonra Ukraynadakı limanlardan birinə raket zərbəsi endirməyi nəzərdən keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin kəşfiyyat məlumatları ilə tanış olan mənbələrinə görə, Tehran Ukraynaya kiçik döyüş başlığı ilə təchiz edilmiş ballistik raket buraxmağı planlaşdırırdı. Bildirilir ki, mümkün hücum daha çox simvolik xarakter daşımalı və ciddi dağıntılara səbəb olmamalı idi.
Digər mənbələrin sözlərinə görə, ehtimal olunan hədəf Ukraynanın Qara dənizdə yerləşən limanlarından biri olub.
Məlumata əsasən, sonradan diplomatik səylər nəticəsində tərəflər daha geniş eskalasiyadan imtina ediblər.
09:32 29.07.2026
Oxunuş sayı: 42