SEPAH: ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlərlə zərbə endirdik
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-nin hərbi qüvvələrinə ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, korpusun Hərbi Hava Qüvvələri ABŞ-nin İordaniyadakı aviabazasını və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komanda mərkəzini bir neçə ballistik raketlə hədəfə alıb.
“İran İslam Respublikasına qarşı təhdidlər və ABŞ-nin hərbi qüvvələrinin maraqlarımıza zidd qanunsuz və qərəzli hərəkətləri davam etdiyi müddətdə müqavimət də davam edəcək”, – deyə SEPAH bəyan edib.
Korpus həmçinin vurğulayıb ki, ABŞ rəsmilərinin təhdidləri və İranın maraqlarına qarşı qanunsuz müdaxilələr dayandırılmalıdır.
09:21 29.07.2026
Oxunuş sayı: 42