QƏRB ŞOKDA: Bu müsəlman ölkələri yeni hərbi alyans yaradır
Yaxın Şərq və Cənubi Asiyada təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı bir illik danışıqlardan sonra hərbi əməkdaşlığı gücləndirəcək tarixi saziş layihəsi hazırlayıb. Belə ki, Pakistanın Müdafiə Sənayesi naziri Raza Hayyat Herrac bildirib ki, sənəd üç ölkə arasında kollektiv müdafiəni möhkəmləndirməyi hədəfləyir. Qeyd edək ki, sazişin detalları hələ açıqlanmayıb, lakin layihə regional təhlükəsizlik və hərbi inteqrasiyanın artırılmasına yönəlib.
Bu barədə Crossmedia.az-a danışan politoloq Vaqif Hüseyn Səudiyyə Ərəbistanının Qərblə çox sıx ittifaqda olan bir dövlət olduğunu vurğulayıb:
"Səudiyyə Qərblə sıx ittifaqda olsa belə regional təhlükəsizliyi təmin olunması ilə bağlı Qərb qadağan etmir ki, hər hansı bir dövlət, başqa bir dövlətlə alyanslara qoşulsun. Bu bir şərtlə mümkündür ki, Qərbə qarşı olmasın. Qərbə qarşı olmayan istənilən alyansa istənilən dövlət girə bilir. Təbii ki, Türkiyə, Pakistan , Səudiyyə Ərəbistanın bir alyansda olmağı maraqlı bir hadisədir . Çünki, Türkiyə və Pakistan xaric Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında bəzi təhlükəsizlik məsələləri ilə bağlı ciddi fikir ayrılıqları olub. Son günlərdə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) bir qədər geniş rol oynamağa başlaması, xüsusilə də onun Somalidə atdığı addımlar Səudiyyə Ərəbistandakı hakim dairələrini narahat etməmiş deyil. O cümlədən, Türkiyəni də".

Politoloqun sözlərinə görə, bu dövlətlər arasında fikir ayrılıqları da var:
"Məsələn, Səudiyyə Ərəbistan ilə Qətər arasında, yaxud Səudiyyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında fikir ayrılığı vardır".
Fatimə Məmmədova
10:00 17.01.2026
Oxunuş sayı: 1385