Serbiya Prezidentindən yeni müharibə anonsu: “Hamı buna hazırlaşır”

Yaxın zamanda müharibə baş verə bilər və bütün ölkələr buna ciddi şəkildə hazırlaşır.
Crossmedia.az “İnsayder”ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Müharibə olacaq, hamı buna hazırlaşır. Sual yalnız ondadır ki, kim kimin tərəfində olacaq,” – deyə dövlət başçısı vurğulayıb.
Vuçiç əlavə edib ki, Serbiya münaqişələrdən qaçmaq və sülhü qorumaq istəyir. Lakin artıq heç kimin dinləmədiyini, hər kəsin həqiqətən müharibəyə hazırlaşdığını qeyd edib.
Türkan Kərimli
23:20 04.10.2025
Oxunuş sayı: 3091