Kreml Ukrayna ilə danışıqlara dair yeni açıqlama verib
Rusiya Ukrayna ilə aparılan danışıqlarda nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi üçün hazırda əsas görmür.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Kremli sözçüsü Dmitri Peskov bildirib ki, mövcud mərhələdə Rusiya nümayəndə heyətinin tərkibinə dəyişiklik edilməsi üçün hər hansı ilkin şərt yoxdur.
Bununla belə, o, gələcəkdə zərurət yaranacağı təqdirdə heyətin genişləndirilməsi imkanının nəzərdən keçirilə biləcəyini istisna etməyib.
16:47 13.11.2026
Oxunuş sayı: 97