Rusiya Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirib
Rusiya ordusu Ukraynanın Xarkov və Sumı vilayətlərində daha iki yaşayış məntəqəsini nəzarətə götürdüyünü iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Kotovka, Sumı vilayətində isə Nikolskoe yaşayış məntəqələrini ələ keçirib.
Rusiya tərəfinin bu iddiaları Ukrayna rəsmiləri və müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
16:19 13.11.2026
Oxunuş sayı: 101