Ukraynanın ikinci gəmisinin inşası Türkiyədə tamamlanmaq üzrədir
Ukrayna üçün Türkiyədə inşa edilən ikinci “Ada” sinifli korvetin tikintisi yekun mərhələyə çatıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna rəsmisi Kirilo Budanov bu barədə məlumat verib.
Onun sözlərinə görə, “Hetman İvan Vıhovski” adlı hərbi gəminin tikintisi İstanbulda yerləşən gəmiqayırma müəssisəsində davam etdirilir.
Budanov bildirib ki, korvetin inşası son mərhələdədir. Bununla belə, gəminin dəniz sınaqları və Ukrayna tərəfinə təhvil verilməsi hələ qarşıdadır.
Qeyd edək ki, “Hetman İvan Vıhovski” Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa olunan ikinci “Ada” sinifli korvetdir.
15:34 13.11.2026
Oxunuş sayı: 100