"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Crossmedia.az xəbər veriri ki, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab görüşünə çıxan "ağ-qaralar" 61:73 hesabı ilə uduzsalar da, iki qarşılaşmanın ümumi hesabına əsasən əsas mərhələyə yüksəlməyi bacarıb.
Paytaxt təmsilçisi Bakıda keçirilən ilk görüşdə 80:67 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.
22:04 30.09.2026
Oxunuş sayı: 42