İspaniyada mənzil böhranına qarşı yeni tədbirlər təsdiqlənib
İspaniya hökuməti ölkədəki mənzil böhranının aradan qaldırılmasına yönəlmiş iki yeni fərmanı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, İspaniya mediası bu barədə məlumat yayıb.
Yeni tədbirlərə əsasən, evdən çıxarılmaya qarşı müdafiənin 2030-cu ilədək uzadılması, mövsümi və otaq kirayəsinin tənzimlənməsi, fondların 2028-ci ilədək mənzil almasına qadağa qoyulması nəzərdə tutulur.
Bundan başqa, müddəti 2028-ci il dekabrın 31-dək başa çatan mövcud kirayə müqavilələrinin daha iki il uzadılması planlaşdırılır.
Hökumətin bu addımı mənzil qiymətlərinin sürətlə artması, eləcə də ev kirayələmək və almaq istəyən insanların üzləşdiyi çətinliklərin dərinləşməsi fonunda atılıb.
İspaniyanın mənzil və şəhərsalma naziri İzabel Rodriqes mənzil məsələsini ölkə vətəndaşlarının üzləşdiyi əsas problemlərdən biri adlandırıb.
İki fərmandan birincisi kirayəçilərin evdən çıxarılmaqdan qorunması, spekulyasiyanın qarşısının alınması, icarə bazarında sui-istifadə hallarına qarşı mübarizə və mənzillərin əlçatanlığının təmin edilməsini əhatə edir.
İkinci fərman isə kirayəçilərin icarə müqavilələrində daha çox sabitlik və təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
İlk dəfə mənzil alanlara verilən kreditlər üzrə sığorta təminatının əmlakın dəyərinin 20 faizədək hissəsini əhatə edəcəyi bildirilib. Bu, standart ipoteka kreditləri zamanı bankların qarşılamadığı hissəyə aiddir. Təminatın maksimal məbləği 50 min avro təşkil edəcək.
22:42 29.09.2026
Oxunuş sayı: 33