Myanmada bazar və körpü bombalandı: çoxsaylı itkilər var
Myanmanın Rakhayn ştatında hərbi aviasiyanın həyata keçirdiyi hava zərbəsi nəticəsində azı 49 nəfər ölüb, təxminən 58 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli sakinlər Almaniyanın dpa agentliyinə məlumat veriblər.
Məlumata görə, hərbi təyyarə Çauto şəhərində yerləşən bazar ərazisi və körpüyə üç zərbə endirib. Ölən və yaralananlar arasında satıcılar, alıcılar və hadisə yerindən keçən şəxslərin olduğu bildirilir.
Rakhayn ştatı Banqladeşlə sərhəddə yerləşir və davam edən vətəndaş müharibəsi fonunda ərazinin böyük hissəsinə “Arakan Ordusu” nəzarət edir.
“Arakan Ordusu” və Birləşmiş Arakan Liqası hadisəyə görə məsul şəxslərin cavab verəcəyini açıqlayıb.
14:48 29.09.2026
Oxunuş sayı: 40