"Real" müdafiəçisi Raul Asensio ilə yolları ayırmağı düşünmür
İspaniya təmsilçisi "Real"ın (Madrid) müdafiəçisi Raul Asensio komandanı tərk etməyəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "Kral klubu"nun rəhbərliyi 22 yaşlı futbolçu ilə yolları ayırmaq variantını nəzərdən keçirmir.
Buna baxmayaraq, Asensionun xidmətində İngiltərə Premyer Liqasının iki klubu – "Çelsi" və "Liverpul" maraqlıdır.
Qeyd edək ki, Asensio "Real"ın yetirməsidir. O, əsas komandada debüt etdikdən sonra 80 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Onun Madrid kollektivi ilə hazırkı müqaviləsi 2031-ci ilə qədərdir.
15:51 28.09.2026
Oxunuş sayı: 44